Abxaziya prezidenti Badra Qunba 15 nazirlik və beş baş nazirin müavininin daxil olduğu yeni nazirlər kabinetini təsdiqləyib.
32gun.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
Prezidentin mətbuat xidməti Jansux Nanba, Taras Haqba, Varazdat Minosyan və Robert Kiutun baş nazirin müavinləri təyin olunduğunu açıqlayıb. Kiut həm də Daxili İşlər Nazirliyinə rəhbərlik edəcək. Baş nazirin daha bir müavini vəzifəsi isə vakant olaraq qalır.
“Team Abxaziya” idarəetmə müsabiqəsinin qalibi İatir Ajiba Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.
Nilay