DÜNYA ÖZ XƏBƏR

Sökülən qarajın altından qumbaralar tapılıb - VİDEO

Moskvada sökülən qarajın altından qumbaraatan və partlayıcı maddələr tapılıb.

32gun.az bildirir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Qeyri-adi kəşfi ərazini təmizləyən işçilər edib.

"Biz paytaxtın Qolovinski rayonundakı Kronştadt bulvarında iki şübhəli çantaya rast gəldik. Əvvəllər orada qarajlar olub, sonra onlar sökülüb, ərazi abadlaşdırılıb və zibilxanaya rast gəliblər", - məlumatda deyilir.

Çantaların birində beş RGD-5 qumbarası, digərində isə trotil blokları olub. Tapıntı yerinə istehkamçılar gəlib.

Nilay

 

Oxşar Xəbərlər