DÜNYA ÖZ XƏBƏR

64 yaşlı filippinli mömin çarmıxa çəkildi

Filipinlərdə İncil hadisələrinin yenidən canlandırılması çərçivəsində 64 yaşlı kişi mismarlarla xaça çəkilib.

32gun.az bildirir ki, bu barədə "The Daily Mail" məlumat yayıb.
Tədbir San-Pedro-Kutud kəndində keçirilib. Nəşrin məlumatına görə, Ruben Enaxe adlı kişi tədbirdə 36-cı dəfə iştirak edib. Onun sözlərinə görə, ilk dəfə İsa Məsihin rolunu 1985-ci ildə, tikintidə üçüncü mərtəbədən yıxılıb möcüzəvi şəkildə sağ qaldıqdan sonra canlandırıb.
Kişinin sözlərinə görə, rekonstruksiyada iştirak etməsi həmin gün xilas olduğu üçün Allaha minnətdarlıq əlamətidir.
Enaxe əlavə edib ki, xaça çəkildikdən sonra güclü ağrını yalnız ilk beş saniyədə hiss edir, sonra hissləri kütləşir və konstruksiyada qalmaq onun üçün daha asan olur. Ötən il o, on dəqiqə belə qalıb, bundan sonra onu həkimlərə aparıblar.
Bu cür rekonstruksiyalar kəndə əcnəbiləri və filippinliləri cəlb edir. Bir müddət əvvəl pandemiya səbəbindən onların keçirilməsi dayandırılmışdı, lakin 2023-cü ildə rekonstruksiyalar bərpa olunub.
Nilay 

Oxşar Xəbərlər