DÜNYA
"Volkswagen" Rusiyada avtomobil istehsalını dayandırır
Almaniyanın "Volkswagen" Qrupu Rusiyada avtomobil istehsalını növbəti bildirişə qədər dayandırmaq qərarına gəlib.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.
Bundan başqa, "Volkswagen" Rusiyaya avtomobil tədarükünü də dayandırmaq qərarına gəlib.
Xatırladaq ki, "Volkswagen"in Kaluqa və Nijni Novqorod şəhərlərində zavodları fəaliyyət göstərir.