Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko Kiyevdə Böyük Cümə və Pasxa dövründə LGBT film festivalının keçirilməsini tənqid edib.
32gun.az bildirir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.
"Müqəddəs heç nə yoxdur" - LGBT festivalı Böyük Cümə və Pasxa günlərində keçiriləndə", - Timoşenko tədbir təşkilatçılarını tədbiri ləğv etməyə çağırıb.
Zaporojye və Melitopol mitropoliti Luka (Ukrayna Pravoslav Kilsəsi) onu dəstəkləyərək festivalı dindarlara qarşı "dərin hörmətsizlik" adlandırıb.
"Xristian əxlaqına zidd ideologiyanın təbliği insanın mənəvi mahiyyəsinə istehzadır", - mitropolit bildirib.
Aprelin 18-də Ukraynanın "Strana.ua" nəşri yazıb ki, Böyük Cümə və Pasxa dövründə Ukraynada "Sunny Bunny" qeyri-adi film festivalının keçirilməsi geniş ictimai rezonansa və kanonik Ukrayna Pravoslav Kilsəsinin nümayəndələrinin və bəzi siyasətçilərin tənqidinə səbəb olub.
Aprelin 18-dən 25-dək planlaşdırılan tədbir mühüm dini bayramlarla üst-üstə düşüb, bu da dindarların hisslərinə qarşı təxribat və hörmətsizlik ittihamlarına səbəb olub.
Ayxan