Operativ Qərargah 2 vacib məlumatı əhaliyə çatdırdı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 570 yeni yoluxma faktı qeydə alınıb, 1 784 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
Operativ Qərargahdan verilən digər məlumata görə, Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 30 871 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 769, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 675, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 25 705, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 722 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 082 592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 304 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 790 428, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 778 250, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 209 564 nəfər təşkil edir.