Ağ Evin İdarəetmə və Büdcə Ofisinin (OMB) rəhbəri Rassel Vot Donald Trampdan sonra ölkədəki ən güclü şəxsdir.
32gun.az bildirir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"Vaşinqtonda heç kim rəqəmləri və federal hökuməti idarə etmə prosesini Russ Voutdan yaxşı bilmir. O, Trampın dövründə ABŞ hökumətinin yenidən qurulmasının ən mühüm memarlarından biridir " deyə Trampın keçmiş müşaviri Stiven Bannon deyib.
Agentlik həmçinin qeyd edir ki, Vought Tramp üçün “İncil kimi bir şeyə” çevrilmiş ABŞ hökumətində islahatlara dair hesabat olan “Project 2025”in həmmüəllifidir. Belə ki, bu sənəd çərçivəsində Təhsil Nazirliyinin bağlanması, rüsumların tətbiqi və Qrenlandiya üzərində nəzarətin yaradılması dəstəklənir.
Ayxan