Hakim "Gürcü Arzusu" partiyası ölkənin silahlı münaqişəyə cəlb olunması ehtimalını qəti şəkildə rədd edib.
32gun.az bildirir ki, Partiyanın 13-cü ildönümü münasibətilə yayılan bəyanatda qeyd olunub ki, Gürcüstanı heç bir təzyiq və ya sanksiyalar müharibəyə sürükləyə bilməz.
“Son üç il xüsusilə çətin oldu. Gürcüstan ikinci cəbhəyə çevrilmək təhlükəsi ilə üz-üzə qaldı, lakin heç bir təhdid, şantaj, sanksiya və ya bəyanat hökuməti Gürcüstanı müharibəyə cəlb etməyə məcbur edə bilməz”, – deyə sənəddə vurğulanıb.
Fevral ayında Gürcüstan prezidenti Mixeil Kavelashvili bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda xarici qüvvələr Gürcüstanı Rusiya ilə silahlı münaqişəyə başlamağa təşviq etməyə çalışıblar. Onun fikrincə, hakimiyyət milli maraqları müdafiə edərkən xalqın dəstəyi mühüm rol oynayıb.
Ayxan