Rusiyada 9 yaşlı qız uşağına işgəncə verən qəyyuma şərti cəza verilib.
32gun.az bildirir ki, bu barədə Kursk vilayət prokurorluğunun məlumat verib.
İstintaqın məlumatına əsasən, 51 yaşlı qadın 9 yaşlı əlil qızın qəyyumluğunu üzərinə götürüb. Uşaq palyativ yardıma ehtiyac duyurdu və özünə qulluq edə bilmirdi. Qəyyum onun tərbiyəsində qəbuledilməz üsullardan istifadə edərək qızı döyüb, ona fiziki və psixi əzablar verib.
Hadisə ilə bağlı qadın barəsində cinayət işi açılıb. Uşaq sosial müdafiə müəssisəsinə yerləşdirilib. Məhkəmənin hökmü ilə qadına 3 il 6 ay müddətində şərti azadlıqdan məhrumetmə cəzası verilib. Bundan əlavə, o, azyaşlıya mənəvi zərərin əvəzini ödəmək üçün 800 min rubl məbləğində kompensasiya ödəməyə məcbur edilib.
Ayxan