Ukrayna neytral dövlətə çevrilməlidir, onun NATO- ya daxil olması Rusiya üçün təhlükəsizlik təhdidləri yaradır.
32gun.az bildirir ki, bunu Fransanın “Le Point” jurnalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib .
"Əgər siz Ukraynanın təhlükəsizliyinə zəmanət vermək və onu NATO-ya cəlb etmək istəyirsinizsə, Rusiyanın təhlükəsizliyini pozmuş olursunuz. Ona görə də Ukrayna üçün neytral status lazımdır", - o deyib.
Kreml sözçüsünə görə, bəzi ölkələrin təhlükəsizliyi digərlərinin təhlükəsizliyi hesabına qurulmamalıdır.
Peskov həmçinin müsahibəsində bəyan edib ki, Ukraynada sülh yalnız referendumlardan sonra Rusiyanın inzibati sərhədlərinə daxil edilmiş Donbass və Novorossiya bölgələrindən Ukrayna qoşunları çıxarıldıqdan sonra mümkün olacaq.
Nilay