DÜNYA ÖZ XƏBƏR

Evinə qonaq gəldiyi şəxsə dəhşət yaşatdı - Mismarlı taxta ilə döyərək öldürdü

Uluyanovsk vilayətində kişi qətldə şübhəli bilinərək saxlanılıb

Uluyanovsk vilayətinin Mainsk rayonunda kişi və qadına hücumda şübhəli bilinən yerli sakin saxlanılıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, məlumatı Rusiya İstintaq Komitəsinin regional idarəsi yayıb.

İlkin istintaq məlumatlarına görə, hadisə 22 aprel tarixində Novoçufarovski qəsəbəsində baş verib. 36 yaşlı şübhəli şəxs 71 yaşlı tanışı və onun 38 yaşlı qadın tanışı ilə birlikdə spirtli içki qəbul edib. Ziyafət zamanı kişilər arasında mübahisə yaranıb. Gərginlik nəticəsində qonaq stul götürərək yaşlı kişini döyüb, daha sonra isə içərisinə mıx vurulmuş taxta parçası ilə qadına bir neçə dəfə zərbə endirib.

Hər iki zərərçəkəni xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, şübhəli saxlanılıb, barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

Ayxan 

Oxşar Xəbərlər