Rusiyanın Kabardin-Balkar bölgəsində Elbrus dağına dırmaşarkən ilişib qalan 5 Türkiyə vətəndaşından ikisi həyatını itirib.
32gun.az bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, aprelin 22-də Rusiyanın Kabardin-Balkar bölgəsində Elbrus dağına dırmaşmaq üçün gedən 5 Türkiyə vətəndaşı dağda qapalı qaldıqdan sonra Moskva səfirliyi və Krasnodar Baş Konsulluğu Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmiləri ilə əlaqə saxlayıb. Rusiya hakimiyyəti əlverişsiz hava şəraiti ilə əlaqədar çətinliklərə baxmayaraq, həmin gün axtarış-xilasetmə işlərinə başlayıb.
Onlar öz imkanları ilə dağdan enə bildiyi halda, digər 3 vətəndaşa bu gün tapılıb. Bu günə tapılan 3 vətəndaşdan ikisi həyatını itirib, digər vətəndaş isə müalicə altına alınıb. 3 vətəndaşın sabah Türkiyəyə dönməsinin gözlənildiyi, cənazənin köçürülməsi prosedurları tamamlandıqdan sonra dünyasını dəyişən vətəndaşların cənazələrinin Türkiyəyə gətiriləcəyi bildirilib.
Ayxan