DÜNYA ÖZ XƏBƏR

Küçənin ortasında atışma - Yaralananlar var

Kayserinin Kocasinan rayonunda baş verən atışmada yaralananlar olub. 

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Ərtoğrul Qazi Məhəlləsi Pusula küçəsində iki qrup arasında borc məsələsi üstündə mübahisə düşüb. Dava böyüdükcə M.K adlı şəxs İ.D. və AE-ni silahla vurub. Bu vaxt hadisə yerinə gələn məhəllə gözətçisi M.K.-ni ayağından vuraraq zərərsizləşdirib.

Xəbərin ardınca əraziyə çoxlu sayda polis və tibb qrupu göndərilib. Ağır yaralanan İ.D. və AE Kayseri Şəhər Xəstəxanasına, MK isə Erciyes Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılaraq müalicə altına alınıb. Hadisə yerində geniş təhlükəsizlik tədbirləri alan polis qrupları da araşdırma aparıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ayxan

Oxşar Xəbərlər