DÜNYA ÖZ XƏBƏR

Futbolçunun həyat yoldaşı və uşağı evə basqın zamanı qaçırılıb - özü çarpayının altına gizlənib

Ekvadorun Quayaquil şəhərində “Emelek” futbol klubunun müdafiəçisi Cekson Rodriqesin həyat yoldaşı və övladı oğurlanıb.

32gun.az bildirir ki, bu barədə apnews.com məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hadisə 23 aprel səhəri baş verib. Polis rəisi Edison Rodriqesin sözlərinə görə, futbolçu ifadəsində bildirib ki, naməlum şəxslərin giriş qapısını sındırdığını eşidəndə çarpayının altına gizlənib.

26 yaşlı müdafiəçi həmçinin qeyd edib ki, pəncərədən baxanda oğruların “ikili kabinəsi olan boz pikap”la uzaqlaşdığını görüb.

Hökumətin məlumatına görə, yanvar-mart ayları arasında ölkədə 2345 zorakı ölüm hadisəsi qeydə alınıb, bunlardan 742-si paytaxt Kito şəhərindən 270 kilometr cənub-qərbdə yerləşən Quayaquildə baş verib.

Ayxan.

Oxşar Xəbərlər