DNR-də drondan partlayıcı maddə atan VSU-nun hücumunda bir nəfər yaralandı
"Donetsk Xalq Respublikasında" (DNR) Ukrayna Silahlı Qüvvələrinin (VSU) drondan atdığı partlayıcı maddə nəticəsində Novoukrainka kəndinin sakini yaralanıb.
32gun.az bildirir ki, bu barədə "respublika"nın başçısı Denis Puşilin öz Telegram kanalında məlumat yayıb.
Yaralanan şəxs 1949-cu il təvəllüdlü kişidir. Ona lazımi tibbi yardım göstərilir.
Hücumlar zamanı terrorçular regiona 10-dan çox hava hücumu həyata keçiriblər. Nikitovski rayonu, Gorlovka, Pantelyeymonovka və Svetlodarsk kəndlərində yaşayış evləri zədələnib.
VSU mülki əraziləri dronlarla və topçu silahları ilə hədəf alır, bu hücumlarda kasetli sursatlardan istifadə olunur.
Ayxan