DÜNYA ÖZ XƏBƏR

İstanbulda İngilis boksçu taksi sürücüsünü döydü – Həbs olundu

İstanbulun Eyüpsultan rayonunda İngiltərə vətəndaşı olan peşəkar boksçu, gediş haqqı ilə bağlı mübahisə yaşadığı taksi sürücüsünü döyərək ağır yaralayıb. Hadisə ilə bağlı saxlanılan şübhəli məhkəmənin qərarı ilə həbs olunub.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Eyüpsultan Göktürk D20 yolu üzərində baş verib. Məlumata görə, taksi sürücüsü K.B., İstanbul Havalimanından götürdüyü İngilis boksçu R.K. ilə gediş haqqı mövzusunda razılaşa bilməyib. Tərəflər arasında yaranan sözlü mübahisə daha sonra fiziki qarşıdurmaya çevrilib. İddialara əsasən, qaçırıldığını düşünən R.K. sürücünü döyərək ağır yaralayıb. Sürücü qanlar içində yerə yıxılıb, boksçu isə hadisə yerindən uzaqlaşmayaraq gözləməyə davam edib.

Dərhal hadisə yerinə çağırılan polis və təcili tibbi yardım qrupları müdaxilə edib. Polis, hadisənin şübhəlisi olan R.K.-ni saxlayaraq bölməyə aparıb. Yaralı taksi sürücüsü isə ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib. Onun müalicəsinin davam etdiyi bildirilib.

Emniyyətdə ifadəsi alınan İngilis vətəndaşı R.K., daha sonra məhkəməyə çıxarılıb. Məhkəmə tərəfindən “qəsdən xəsarət yetirmə” maddəsi ilə günahlandırılan R.K. barəsində həbs qətimkan tədbiri seçilib və o, həbsxanaya göndərilib.

Ayxan

Oxşar Xəbərlər