DÜNYA ÖZ XƏBƏR

Məktəbdə şagird müəlliminin telefonunu ələ keçirmək üçün ona hücum edib

Volojsk şəhərində məktəb şagirdi müəlliminin telefonunu ələ keçirmək üçün ona fiziki güc tətbiq edib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə 19 nömrəli məktəbdə baş verib. Müəllimə dərs zamanı şagirdin telefonunu müvəqqəti almışdı, bu isə şagirdin etirazına səbəb olub. O, müəlliməyə hücum edərək, onun əllərini buraraq telefonunu ələ keçirib və daha sonra həm öz telefonunu, həm də müəllimin telefonunu götürüb, onları bir-birinə vurub.

Məktəbin rəhbərliyi bildirir ki, şagirdlə bağlı profilaktik tədbirlər görüləcək, bu məqsədlə direktor müavini, məktəb psixoloqu və yeniyetmələr üzrə inspektor tərəfindən söhbətlər keçiriləcək. Şagirdin anası oğlunun davranışını pisləyib və onun tərbiyəsi ilə bağlı çətinliklər yaşadığını etiraf edib. Məktəbdən verilən məlumata görə, bu şagird əvvəllər də bənzər insidentlərə səbəb olub.

Ayxan 

Oxşar Xəbərlər