SOSIAL

Vilayət Eyvazovun əmri ilə 51 polis işdən çıxarılıb

Azərbaycanda cəzalandırılan polis əməkdaşlarının sayı məlum olub.

Daxili İşlər Nazirliyindən 32gun.az-a verilən məlumata görə, ötən il aşkar edilən pozuntulara görə, daxili işlər orqanlarında 168 əməkdaşa intizam tənbehi tətbiq edilib.

Onlardan 30-u daxili işlər orqanlarında xidmətdən xaric olunub, 21-i isə tutduğu vəzifədən azad edilib.

Həmçinin 117 əməkdaş barəsində digər məsuliyyət tədbirləri görülüb.

Oxşar Xəbərlər