HADİSƏ
Şəmkirdə azyaşlı ağcaqanad dərmanından zəhərlənərək öldü
Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.
32gun.az-ın Unikal-a istinadən məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində baş verib. Belə ki, 2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin aparılan tibbi yardımlara baxmayaraq azyaşlı xəstəxanada ölüb. Məlumata görə T.Tapdıqov evdə nəzarətiz qalan zaman ağcaqanadlar üçün nəzərdə tutulmuş zəhərli mayeni içib.
Faktla bağlı araşdırma aparılır.