Sasseks hersoginyası Meqan Markl həyat yoldaşı şahzadə Harri ilə münasibətlərini məşhur Super Mario Bros. videooyunu ilə müqayisə edib.
32gun.az bildirir ki, bu barədə People nəşri məlumat yayıb.
"O, həm də "tülkü"dür, əgər fikir verməmisinizsə. Mənim ərim çox, çox yaraşıqlıdır. Amma onun ürəyi daha da gözəldir" deyə Markl sözə başlayıb.
O, münasibətlərinin Super Mario oyunundakı şahzadəni xilas etməyə çalışan qəhrəmanın hekayəsinə bənzədiyini söyləyib:
"Bu kişi məni o qədər çox sevir ki... Baxın, necə gözəl bir həyat qurmuşuq. İki sağlam, gözəl övladımız var. Harri ailəmizin təhlükəsizliyini və qorunmasını təmin etmək üçün əlindən gələni edir. Üstəlik, hələ də görüşlər üçün vaxt tapırıq."
Qeyd edək ki, aprel ayının əvvəlində Meqan Markl doğuşdan sonra yaşadığı xəstəliklə bağlı paylaşımına görə izləyicilər tərəfindən tənqid olunmuşdu. O, doğuşdan sonrakı preeklampsiya diaqnozu aldığını açıqlasa da, bu açıqlama sosial şəbəkələrdə mübahisə doğurmuşdu.
Ayaz