Moskva polisi vətəndaşlardan kriptovalyuta tələb edib – özləri cinayət işi ilə üzləşdi
Moskvada üç polis əməkdaşı vətəndaşlara qarşı qanunsuz yollarla kriptovalyuta tələb edib.
Onlar insanlara terrorçuluğa yardım şübhəsi ilə cinayət işi açmaqla hədələyərək pullarını almağa cəhd göstəriblər. Hazırda həmin polis əməkdaşlarının özləri vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinirlər.
32gun.az bildirir ki, bu barədə Baza məlumat yayıb.
İstintaqın versiyasına görə, 33 yaşlı kapitan Ruslan Rizaev, 30 yaşlı leytenant Astemir Şaov və 25 yaşlı sürücü Anvar Kunkaev eyni sxemlə hərəkət ediblər. Onlar küçədə və ya ticarət mərkəzlərində təsadüfi şəxsləri saxlayıb, guya terrorçuluğa yardımda şübhəli olduqlarını bildirərək həbslə hədələyiblər. Ardınca problemi “yerindəcə” pulla həll etməyi təklif ediblər.
Fevral ayında bu trio Kirovoqradskiy küçəsində yerləşən ticarət mərkəzində 21 yaşlı bir gənci qorxudaraq ondan 27,4 min dollar dəyərində kriptovalyutanı hesablarına köçürməsini tələb ediblər. Martda isə Grina küçəsində iki kişini saxlayıb, onların da kriptokompüter hesablarından 15 min dollar çıxarmasını tələb ediblər. Bu dəfə zərərçəkənlər polisə müraciət ediblər.
İstintaq zamanı hüquq-mühafizə orqanları dördüncü şübhəlini – 24 yaşlı Zelimxan Vışequrovu da müəyyən ediblər. O, polis əməkdaşlarının “bankiri” olub. Hazırda istintaq davam edir.
Ayxan