DÜNYA ÖZ XƏBƏR

Süni intellekt xidmət itlərinin seçimində insanlardan daha dəqiqdir

ABŞ və Britaniyadan olan tədqiqatçılar sübut ediblər ki, süni intellekt gələcəkdə yaxşı xidmət iti olmağa uyğun olan balaları insanların özündən daha dəqiq müəyyən edə bilir.

32gun.az bildirir ki, bu barədə Applied Animal Behaviour Science (AABS) jurnalında dərc olunmuş elmi məqalədə bildirilir.

Tədqiqat The Seeing Eye, Inc. adlı təlim mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Burada peşəkar kinoloqlar uzun illər ərzində balaların davranışı, diqqət səviyyəsi və xarakter xüsusiyyətlərini müşahidə edərək, onlardan hansıların gözətçi və ya bələdçi kimi uğur qazanacağını müəyyən etməyə çalışıblar. Toplanan məlumatlar süni intellekt modelinin öyrədilməsində istifadə olunub.

Bir il ərzində İİ balaların xidmət iti kimi potensialını qiymətləndirib və nəticələr təcrübəli mütəxəssislərin proqnozları ilə müqayisə olunub. Məlum olub ki, süni intellekt daha uğurlu nəticə verib — onun modellərindən biri gələcək uğuru 80% dəqiqliklə proqnozlaşdırıb.

Bu yanaşma xidmət itlərinin təlimində uğursuzluq riskini azaltmaqla yanaşı, təlimə uyğun olmayan itlərə resurs sərfini də azalda bilər.

Alimlər ümid edirlər ki, bu araşdırma xidmət itlərinin seçimi sahəsində daha elmi və obyektiv metodların tətbiqinə təkan verəcək və bu da xüsusi qayğıya ehtiyacı olan daha çox insana etibarlı köməkçilər qazandıracaq.

Nilay 

Oxşar Xəbərlər