DÜNYA ÖZ XƏBƏR

Ana qayçı ilə qızını yaraladı – 6 il həbs cəzası aldı

Yakutsk şəhərində sərxoş vəziyyətdə qızına qayçı ilə hücum edən 53 yaşlı qadına hökm oxunub.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yerli prokurorluğu məlumat verib.

Məlumata görə, qadın yetkinlik yaşına çatmış 31 yaşlı qızına baş və boyun nahiyələrinə azı 14 dəfə zərbə endirib.

Hadisə 2024-cü ilin noyabrında baş verib. Ana ilə qız arasında mübahisə düşüb, münaqişə zamanı ana qayçını götürərək qızına hücum edib. Yaralı qadın qayçını anasının əlindən alaraq hadisə yerindən qaçıb və təcili tibbi yardım çağırıb.

Cinayət işi açılıb və məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, bir müddət əvvəl Perm diyarında oxşar hadisə baş verib – övladlığa götürdükləri qızı 18 yaşı tamam olan gün aldadaraq görüşə çağıran cütlük, qıza hücum edərək onun 169 min rublunu ələ keçirib.

Ayaz 

Oxşar Xəbərlər