DÜNYA ÖZ XƏBƏR

Övladlığa götürülmüş əlil gənci yolda atıb getdilər – cinayət işi açılıb

Krasnodar vilayətində övladlığa götürülmüş 18 yaşlı əlil gənci yol kənarında tərk edən şəxslər barəsində cinayət işi başlanılıb.

32gun.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, 2024-cü ilin avqustunda övladlığa götürülmüş valideynlər gənclə birlikdə avtomobillə Abxaziyaya yollanıblar. Ancaq Oçamçir şəhəri yaxınlığında onu maşından düşməyə məcbur edərək, təkbaşına yolda qoyub gediblər.

Gəncə yerli sakinlər kömək edərək onun sərhədi keçib vətənə dönməsini təmin ediblər. Faktla bağlı "təhlükədə qoyma" maddəsi ilə cinayət işi başlanılıb. Valideynləri iki ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Nilay

Oxşar Xəbərlər