Rusiyanın FHN hava həyəcanı tətbiqinin verdiyi məlumata görə, Krasnodar diyarında aviasiya təhlükəsi elan olunub.
32gun.az bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
"Diyar ərazisində aviasiya təhlükəsi elan edilib. Partlayıcı qurğuların düşmə ehtimalı var," — deyə rəsmi məlumatda bildirilir.
Vətəndaşlara ən yaxın qorunan sığınacaqlarda gizlənmək tövsiyə olunur.
Bundan əlavə, Krımda da raket və aviasiya həyəcanı elan edilib.
Nilay