Rusiyada Leningrad vilayətində baş vermiş hadisə nəticəsində 69 yaşlı mühafizəçi gözünə atəş açılaraq yaralanıb.
32gun.az bildirir ki, hadisə ilə bağlı məlumatı 78.ru yayıb.
Mühafizəçi ərazini gəzərkən ona atəş açılıb. “O, səs eşidib və sonra gözünə metal top vurulub,” – məlumatda qeyd olunub. Mühafizəçi özü gülləni çıxarıb və travma punktuna müraciət edib, lakin xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndiriblər. Xəstədə kon'yunktiva cırılması, gözün kontuziyası və qanaxma aşkar edilib.
Hazırda hadisə ilə bağlı cinayət işi açılması məsələsi müzakirə olunur. İstintaq ehtimal edir ki, atəş açan şəxslər yeniyetmələr ola bilər. Bu gənclər bir müddət mühafizəçiləri narahat edib.
Nilay