DÜNYA ÖZ XƏBƏR

Fransada 1 May aksiyalarında 300 minə yaxın insan iştirak edib

Fransanın ən böyük həmkarlar ittifaqlarından biri olan "Ümumi Əmək Konfederasiyası"nın (CGT) baş katibi Sophi Bine bildirib ki, ölkə üzrə 1 May – Beynəlxalq Əmək Gününə həsr olunmuş aksiyalarda təxminən 300 min nəfər iştirak edib.

32gun.az bildirir ki, bu barədə o, sosial şəbəkə X-də məlumat paylaşıb.

“Fransa üzrə təxminən 300 min insan gənc və mübariz ruhlu 1 May aksiyalarında iştirak edib,” – deyə CGT rəhbəri qeyd edib.

Sophi Bine həmçinin bildirib ki, etirazlar davam edəcək: 13 may tarixində dövlət xidmətlərinin yaxşılaşdırılması, 5 iyunda isə pensiya hüquqları, iş yerləri və əməkhaqqının qorunması tələbilə yeni aksiyalar keçiriləcək.

Bu gün yayılan digər məlumata görə, Fransa daxilində baş verən iğtişaşlar zamanı, xüsusilə Nant şəhərində polis nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, aprelin sonunda Parisdə Fransanın Ukrayna münaqişəsinə cəlb olunmasına və ölkəyə Qərb hərbçilərinin göndərilməsinə qarşı aksiya keçirilmişdi.

Ayxan 

Oxşar Xəbərlər