Tekirdağın Süleymanpaşa mahalının Aydoğdu məhəlləsində 25 yaşlı Rabia Y., paltaryuyan maşınını işlədə bilməyən qonşusuna kömək etmək üçün evinə gedib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə də bundan sonra baş verib.
Belə ki, evdə olan 14 yaşlı İ.Ş. tərəfindən boğazından bıçaqlanaraq ağır yaralanıb. Yeniyetmə, Rabia Y.-nin mobil telefonunu və bəzi zinət əşyalarını götürərək hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı məlumat alan polis və təcili yardım qrupları dərhal əraziyə cəlb olunub. Ağır yaralanan qadın Tekirdağ Dr. İsmail Fehmi Cumalıoğlu Şəhər Xəstəxanasına aparılıb və reanimasiya şöbəsində müalicə olunur. Onun vəziyyətinin kritik olduğu bildirilir.
İl Emniyyət Müdirliyi əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində 14 yaşlı İ.Ş. tez bir zamanda saxlanılıb. Araşdırmanı genişləndirən polis, hadisə ilə əlaqəli olduqları iddia edilən 27 yaşlı A.K. və 47 yaşlı digər İ.Ş.-ni də nəzarətə götürüb.
Araşdırmaların ardından A.K. və 14 yaşlı İ.Ş. məhkəmənin qərarı ilə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib. Digər şübhəli İ.Ş. isə sərbəst buraxılıb. Məlumata görə, həbs olunan şəxslər bir-birlərinin uşaqları, sərbəst buraxılan İ.Ş. isə onlardan birinin dayısı, digərinin isə əmisi olub.
Nilay