DÜNYA ÖZ XƏBƏR

Hasekin Medvedyevlə bağlı şikayət məktubunun təfərrüatları məlum olub

Dominik Haşekdən Rusiya rəsmisinə cavab: "Bu, artıq idmandan kənara çıxır"

Keçmiş çex hokkeyçisi Dominik Haşek Rusiya Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedevin paylaşımından sonra Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Hokkey Federasiyasına (IIHF) rəsmi məktub göndərdiyini açıqlayıb.

32gun.az bildirir ki,  barədə “Çempionat” («Чемпионат») məlumat yayıb.

Haşek bildirib ki, məktubda beynəlxalq hokkey federasiyalarına da bu məsələdən xəbərdar olmaları üçün çağırış edib:

“Bu, idman dünyasının çox-çox xaricinə çıxan fundamental suallardır. Burada insan həyatları risk altındadır”, – deyə o qeyd edib.

Keçmiş idmançı məktubun əsas səbəbinin Medvedevin onu hədələməsi olduğunu vurğulayıb:

“O, rəsmi hesabında, digərləri ilə yanaşı, belə yazıb: ‘Dəlisov çex Haşekin intiharını gözləyirik.’ Rusiya siyasətçilərindən heç biri bu çox təhlükəli sözlər üçün üzr istəmədi. Bu ifadələr onun məni öldürməklə hədələdiyini göstərir.”

Haşek həmçinin qeyd edib ki, o, Rusiya idmançılarının beynəlxalq arenaya qayıtmasına dəstək verməyə hazırdır, lakin bunun “Xüsusi Hərbi Əməliyyat”ın (SVO) reklamına çevrilməməsi şərti ilə.

Qeyd edək ki, 2025-ci ilin aprelində Dominik Haşek bildirib ki, məşhur kanadalı hokkeyçi Ueyn Qretskinin babası yarı belarus, yarı ukraynalı olub və Rusiyaya heç bir aidiyyəti yoxdur. Bu fikri Haşek, Qretskinin “babam, rusiyalı Aleksandr Oveçkinin rekordumu qırmasından qürur duyardı” sözlərinə cavab olaraq səsləndirib.

Nilay 

Oxşar Xəbərlər