DÜNYA ÖZ XƏBƏR

Qatar pivə dolu "KamAZ"a çırpıldı: iki nəfər ağır xəsarət alıb

Rusiyada İvanovo vilayətində yük qatarı pivə fıçısı daşıyan "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində sürücü və sərnişin ağır xəsarətlər alıb.

32gun.az bildirir ki, bu barədə bölgənin Daxili İşlər Nazirliyi Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, toqquşmadan sonra qatar relsdən çıxmadan təxminən bir kilometr hərəkət edib və yalnız bundan sonra dayana bilib.

Hazırda hadisə yerində polis əməkdaşları işləyir. Hadisənin bütün təfərrüatları araşdırılır.

Nilay

Oxşar Xəbərlər