Polşanın XİN rəhbəri:ABŞ Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda irəliləyişin olmamasından səbirini itirir
ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyişin olmaması səbəbindən getdikcə səbirini itirir.
32gun.az bildirir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Polsat telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio həm NATO çərçivəsində nazirlərlə keçirilən görüşdə, həm də ikitərəfli söhbətdə bildirib ki, Vaşinqton irəliləyişin olmamasından narazıdır.
Sikorskinin fikrincə, ABŞ “kəşfiyyatla döyüş” yolu ilə müəyyən edib ki, hazırda Kiyev və Moskva arasında mövqelər o qədər uzaqdır ki, onları uzlaşdırmaq mümkün deyil.
Ayxan