Çerepovetsdə 24 yaşlı kişi sərxoş halda kilsənin damından yıxılıb
Rusiya Federasiyasının Çerepovets şəhərində 24 yaşlı yerli sakin Voskresenski kilsəsinin damından yıxılıb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan şəxs xəstəxanaya yerləşdirilib.
32gun.az bildirir, bu barədə Vologda Dövlət Televiziya və Radio Kompaniyası (GTRK) məlumat yayıb.
Bildirilib ki, hadisə 2 may səhər saatlarında baş verib. Sərxoş vəziyyətdə olan gənc kişi Voskresenski kilsəsinin damına çıxmağa cəhd edib və bu məqsədinə nail olub. Lakin bir müddət sonra tarazlığını itirərək damdan yıxılıb.
Yaralı Voloqda vilayətinin 2 saylı kliniki xəstəxanasına yerləşdirilib. Həkimlər ona açıq çiyin və çanaq sınıqları, qarın nahiyəsində travma, qapalı kəllə-beyin travması, travmatik şok və spirtli içki zəhərlənməsi diaqnozları qoyublar. Hazırda onun vəziyyəti barədə əlavə məlumat verilməyib.
Ayxan