CIA Üç Yadplanet Bazasının Yerləşdiyi Məkanları Açıqladı
ABŞ-nın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), iki bazası Yerdə yerləşən və bir bazası Saturnun peyki Titanada yerləşən üç yadplanet bazasının mövcudluğunu açıqlayıb.
32gun.az bildirir ki, bu barədə Daily Mail qəzeti xəbər verib.
1970-1980-ci illər arasında CIA, uzaqdakı obyektləri görə bilən insanlarla eksperimentlər aparıb və bu fenomeni "uzaqdan müşahidə" adlandırıb. Bir neçə hesabatda Afrika, Alyaska və Titanada yadplanet bazalarından bəhs edilib.
Sirrli sənədlərdə üç fərqli yadplanet varlığı təsvir edilir: böyük yuvarlaq başları və qeyri-insani görkəmləri ilə, solğun dəri və iti burunları olanlar, eləcə də yer üzündən fərqlənməyən varlıqlar.
Müşahidə olunan bazaların birində Alyaskada dörd varlıq aşkarlanıb; onlardan ikisi öz qərargahında olub. Birinin qarşısında dairəvi konsol var, digəri isə arxa planda işləyib. Titanada isə iki kişi və bənövşəyi yaşıl xalat geyinmiş, qəhvəyi saçlı bir qadın işləyir. Afrikada isə robot bənzəri, saçsız varlıqlar yaşayır.
2024-cü ilin oktyabrında ABŞ-ın keçmiş polkovniki Karl Nell, insanlarla yadplanetlilər arasında əlaqənin artıq çoxdan mövcud olduğunu bildirdi. Lakin bu əlaqənin konkret olaraq necə olduğu barədə məlumat vermədi.
Nilay