Çilinin cənubunda 6,4 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar eyni zamanda Argentinanın cənubunda da hiss olunub. B ol
32gun.az bildirir ki, bu barədə məlumatı ölkənin Milli Seysmoloji Mərkəzi yayıb.
Zəlzələnin 20 kilometr dərinlikdə, yerli vaxtla saat 13:59-da (Moskva vaxtı ilə 20:59) Puerto-Uilyams şəhərindən 300 kilometr uzaqlıqda qeydə alındığı bildirilir.
Bundan əvvəl, 2 may tarixində Çilinin cənubunda 7,5 maqnitudalı daha güclü zəlzələ baş vermişdi. Hadisə Puerto-Uilyamsdan 218 kilometr aralıda baş verdiyindən, bölgədə sunami təhlükəsi elan olunub.
Nilay