Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında 5 illik atəşkəs sazişi bağlamağa hazırdır və hazırda İsrail tərəfdən hərəkət gözləyir.
32gun.az bildirir ki, bu barədə qrupun liderlərindən biri Abdel Rəhman Şadid mayın 2-də məlumat verib.
Əl-Cəzirə Teleqramı Şadidin sözlərini sitat gətirib: "Biz müqavimətin şərəfli mübadilə sövdələşməsi bağlamağa hazır olduğunu təsdiq edirik". Onun sözlərinə görə, HƏMAS-ın mövqeyi girovların azad edilməsi müqabilində İsrail qoşunlarının Qəzzadan tamamilə çıxarılmasından ibarətdir. Tərəflər həmçinin 5 illik atəşkəslə razılaşmalıdırlar. Şadid əlavə edib ki, hərəkat hazırda İsraildən qarşılıqlı addımlar gözləyir.
Nilay