DÜNYA ÖZ XƏBƏR

Deputat dövlətə xəyanətdə ittiham olunsa da, səlahiyyətlərini bərpa etdirdi - Ukrayna

Dövlətə xəyanət ittihamı ilə istintaq təcridxanasında saxlanılan Ali Rada deputatı Aleksandr Dubinski, məhkəmə yolu ilə deputat səlahiyyətlərini icra etmək hüququnu bərpa etdirib. O, Ukrayna parlamentinin elektron sənəd dövriyyəsi sisteminə də yenidən çıxış əldə edib.

32gun.az bildirir ki, bu barədə Dubinski öz Telegram kanalında məlumat verib:

“Şevçenkovski rayon məhkəməsi Kiyev İstintaq Təcridxanasını və Ali Rada Aparatını mənə Radanın elektron sənəd dövriyyəsi sisteminə çıxışı təmin etməyə məcbur edib. Bu, qanun və qərar layihələrinin qeydiyyatı üçün vacibdir. Hazırda hüquqlarımın təmin olunması üzərində çalışırıq”, – deyə o bildirib.

Deputat əlavə edib ki, təqdim edəcəyi ilk layihə “dərhal atəşkəsin elan olunması” barədə olacaq.

Dubinski paylaşımına məhkəmə qərarının fotosunu da əlavə edib. Sənəddə qeyd olunur ki, Kiyev İstintaq Təcridxanası Dubinskiyə elektron açarla təchiz olunmuş kompüter vasitəsilə parlamentin sənəd dövriyyə sistemindən istifadə üçün şərait yaratmalıdır.

Nilay 

Oxşar Xəbərlər