DÜNYA ÖZ XƏBƏR

Ukraynada kişi dörd nəfəri məcburi səfərbərlikdən xilas etmək üçün TÇK əməkdaşlarına hücum edib

Ukraynanın İvano-Frankovsk vilayətində bir kişi dörd nəfəri məcburi səfərbərlikdən xilas etmək məqsədilə ərazi komplektləşdirmə mərkəzinin (TÇK – hərbi komissarlıq analoqu) əməkdaşlarına hücum edib. 

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə reyestrində yer alan sənədlərdə hadisə zamanı TÇK əməkdaşlarının artıq saxladıqları dörd nəfəri buraxmağa məcbur qaldıqları göstərilir.

Hadisə zamanı həmin şəxs avtomobillə içində dörd kişinin olduğu avtobusun arxasınca gedib və sonra üzərində "Pis qüvvələrə qarşı amulet" sözləri yazılmış beysbol çubuğu ilə TÇK əməkdaşlarına hücum edib. Onun hərəkətləri nəticəsində saxlanılanlar azad edilib.

Daha sonra həmin şəxsə qarşı cinayət işi açılıb və məhkəmə onu 1 il şərti azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıb.

Qeyd edək ki, daha əvvəl TÇK əməkdaşlarının Pasxa bayramı zamanı kişiləri məcburi səfərbərlik üçün kilsələrdə yaxaladığı bildirilmişdi. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı TÇK strukturlarında kadr rotasiyası haqqında qərar qəbul edib: döyüş təcrübəsi olmayan işçilər cəbhəyə göndəriləcək, onların yerinə isə yaralanmış hərbçilər təyin olunacaq.

Ayxan 

Oxşar Xəbərlər