Voloqda qubernatoru: Tibbi göstərişlə abort istəyən qadınlara yardım edilməlidir
Gürcüstanın Voloqda vilayətinin qubernatoru Georgi Filimonov, tibbi göstərişlə abort etmək istəyən qadınların müvafiq tibbi müəssisələr tərəfindən köməklik göstərilməsinin qanuni olduğunu bildirib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında məlumat verib. Filimonov qeyd edib ki, qadınlar abort üçün imtina alarsa, birbaşa əlaqə xəttinə müraciət edə bilərlər. Hər bir vəziyyətin yerli hakimiyyət tərəfindən "əl ilə" araşdırılacağını da əlavə edib.
Filimonov, Voloqda əhalinin azalmasının ciddi problem olduğunu vurğulayıb. Son 5 ildə bölgə əhalisinin 3,4%-nin azaldığını və bu göstəricinin orta Rusiyada olan rəqəmdən 8 dəfə çox olduğunu qeyd edib. Əhalinin azalmasının səbəblərindən biri kimi isə abortun yüksək sayda olmasını göstərib, keçən il yalnız Voloqda 1505 uşağın dünyaya gəlmədiyini bildirib.
Bundan əlavə, Voloqda uşaqlı ailələrə dəstək proqramları mövcuddur. Bu proqram çərçivəsində, 25 yaşına qədər ilk uşağını dünyaya gətirən qadınlara 100 min rubl, uşaq sahibi olan tələbə valideynlərə 91 min rubl təhsil haqqı, üçüncü və sonrakı uşaqlar üçün mənzilə 500 min rubl, dördüncü və daha çox uşaqlar üçün regional analıq kapitalı 150 min rubl ayrılır. Həmçinin, həkimlərə hər bir saxlanmış hamiləlik üçün 5 min rubl, doğum üçün isə 25 min rubl ödənilir.
Ayxan