Rusiya Hindistan və Pakistan arasında sərhəddə yaranmış gərgin vəziyyəti narahatlıqla izləyir.
32gun.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov brifinq zamanı açıqlama verib.
Onun sözlərinə görə, iki ölkə arasında hazırda ciddi gərginlik mövcuddur: “Şübhəsiz, Hindistan və Pakistan sərhədindəki vəziyyəti böyük narahatlıqla izləyirik. Bizim strateji tərəfdaşımız olan Pakistanla bir çox sahələrdə əməkdaşlığımız var və bu münasibətləri yüksək qiymətləndiririk. Ümid edirik ki, tərəflər sərhəddə gərginliyin azaldılması üçün addımlar atacaqlar.”
Peskov əlavə edib ki, əgər Rusiya Prezidenti Vladimir Putin hər iki ölkənin nümayəndələri ilə təmaslar planlaşdırsa, bu barədə əlavə məlumat veriləcək.
Ayxan