Rusiya Prezidenti Vladimir Putin üç rusiyalı qadına “Qəhrəman Ana” fəxri adını verib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə 5 may tarixli fərman hüquqi məlumatların rəsmi internet portalında dərc olunub.
Mükafata Sverdlovsk vilayətindən iki, Dağıstan Respublikasından isə bir qadın layiq görülüb. Sənəddə onların ailə institutunun möhkəmləndirilməsində və övladların tərbiyəsində böyük xidmətlərinə görə təltif edildiyi bildirilir.
Bundan əvvəl, Kosmonavtika Günü münasibətilə dövlət başçısı “Valideyn şərəfi” ordeni ilə Baykonur şəhərindən olan Oksana və Kiril Zolotıx-İoannidini təltif etmişdi. Cütlüyün beş uşağı var və onların böyük oğulları artıq pilot ixtisası üzrə təhsil alır, ikinci oğul da bu sahəyə maraq göstərir. Ailənin bütün övladları idmanla məşğuldur.
Eyni zamanda, aprelin 19-da Çeçenistan rəhbərinin oğlu, respublikanın bədən tərbiyəsi və idman naziri, “Axmat” futbol klubunun prezidenti Axmat Kadırova Qroznı şəhərinin “Fəxri vətəndaşı” adı verilib.
Ayxan