Le Pen: Rumıniyada keçirilən prezident seçkiləri Aİ rəhbərliyi üçün “bumeranq” oldu
Fransa parlamentindəki “Milli Birlik” partiyasının lideri Marin Le Pen Rumıniyada keçirilən prezident seçkilərinin ilk turunun nəticələrinin Avropa İttifaqı rəhbərliyi üçün “bumeranq”a çevrildiyini bildirib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, O, bu barədə sosial şəbəkə X-də paylaşım edib.
“Rumıniya xanım Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə çox gözəl bir bumeranq hədiyyə etdi”, — deyə Le Pen qeyd edib.
Qeyd edək ki, bu gün açıqlanan nəticələrə əsasən, prezident seçkilərinin birinci turunda səslərin 100%-nin hesablanmasından sonra Djeordje Simiyon 40,96% səslə liderlik edir. Buxarest meri Nikuşor Dan 20,99% səslə ikinci yerdədir. İndiki hakim koalisiyanın namizədi Krina Antonelsku isə 20,07% səs toplayaraq üçüncü olub və artıq məğlubiyyətini qəbul edib.
Ayxan