DÜNYA ÖZ XƏBƏR

100-ə yaxın uşaq naharda ilan əti yedikdən sonra xəstələnib

Hindistanın dövlət məktəblərindən birində şagirdlərə ilan əti verilməsi nəticəsində 100 uşaq zəhərlənib.

32gun.az bildirir ki, bu barədə Metro nəşri məlumat yayıb.

Hadisədən hiddətlənən valideynlər etiraz olaraq yerli yolu bağlayıblar. Aksiya yalnız dövlət orqanlarının müdaxiləsindən sonra dayandırılıb. Rəsmilər insidentlə bağlı hərtərəfli araşdırma aparılması barədə göstəriş veriblər.

Hindistanın Milli İnsan Hüquqları Komissiyası (NHRC) insidentlə bağlı rəsmi yoxlamaya başlayıb.

“Əgər yayılan məlumatlar təsdiqini tapsa, bu, şagirdlərin hüquqlarının ciddi şəkildə pozulması deməkdir”, – deyə qurumun açıqlamasında bildirilir.

Komissiya polisə baş verən hadisə və görülmüş tədbirlərlə bağlı ətraflı hesabat təqdim etmək üçün iki həftə vaxt verib.

Yerli sakinlər ümid edirlər ki, araşdırma insidentin səbəblərini tam şəkildə üzə çıxaracaq və gələcəkdə oxşar halların qarşısını almağa kömək edəcək.

Ayxan 

Oxşar Xəbərlər