Mahaçqalada atəş açanlardan biri ilə əlbəyaxa döyüş zamanı yaralanan polis əməkdaşı Murad M.-nin vəziyyəti məlum olub.
32gun.az bildirir ki, təfərrüatlar SHOT Telegram kanalı tərəfindən dərc edilib.
Telekanalın məlumatına görə, 26 yaşlı polis hazırda Mahaçqala xəstəxanalarından birindədir. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
"Həmkarları və qohumları inanır ki, həkimlər onun həyatını xilas edəcəklər və qəhrəman sağ çıxa biləcək. Muradın həyat yoldaşı və uşaqları evdə onu gözləyirlər", - deyə yazılıb.
SHOT yaralanan asayiş keşikçisinin fotosunu da paylaşıb. Fotoda Muradın üzündə bıçaq yaraları ilə xəstəxana çarpayısında huşsuz vəziyyətdə uzandığı görünür.
Bundan əvvəl SHOT Telegram kanalı Mahaçqalada atəş açanlardan birinin polis əməkdaşına bıçaqla hücum etdiyini bildirib . Polis əməkdaşı onunla əlbəyaxa döyüşə girərək cinayətkarı aradan qaldıra bilib.
Mayın 5-də Mahaçqalada dörd naməlum şəxs yol polisi əməkdaşlarına atəş açıb. Hücumdan sonra onlar xidməti avtomobili qaçıraraq cinayət yerindən qaçıblar. Dağıstan Daxili İşlər Nazirliyinin məlumatına görə , hadisəni törədənlərdən ikisi məhv edilib, polis daha iki nəfəri axtarır .
Dağıstan Səhiyyə Nazirliyinin məlumatına görə, 3 nəfər ölüb . Lakin nazirlik onların polis və ya mülki şəxs olduğunu dəqiqləşdirməyib. Beş zərərçəkən hazırda xəstəxanadadır.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd maddəsi ilə cinayət işi açılıb .