DÜNYA ÖZ XƏBƏR

Rusiyanın üç şəhərində hava limanları müvəqqəti olaraq fəaliyyətini dayandırıb

Sərnişin təyyarələrinin təhlükəsizliyini təmin etmək məqsədilə Kalujsk vilayətindəki Qrabtsevo, Volqoqraddakı Qumrak və Saratovdakı Qaqarin hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

32gun.az bildirir ki, bu barədə Rosaviatsiya rəsmisi Artyom Korenyako özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, göstərilən üç hava limanı nə uçuş qəbul edir, nə də reyslər göndərir. Eyni məhdudiyyətlər Moskvanın Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında da qüvvədədir.

Moskva meri Sergey Sobyanin 6 may gecəsi paytaxta doğru yönəlmiş pilotsuz uçuş aparatlarının (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini bildirib.

Xatırladaq ki, Rusiyanın müxtəlif bölgələrinə PUA hücumları 2022-ci ildə Ukrayna ilə bağlı hərbi əməliyyatların başlaması fonunda intensivləşmişdi. Kiyev bu hücumlara rəsmi şəkildə sahib çıxmasa da, 2023-cü ilin avqustunda Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Rusiyaya qarşı PUA zərbələrinin artacağını açıqlamışdı.

Ayxan 

Oxşar Xəbərlər