DÜNYA ÖZ XƏBƏR

Alimlərdən sensasion kəşf: Karakatikalar mürəkkəb jestlərlə ünsiyyət qururlar

Parisdəki Ali Pedaqoji Məktəbinin neyrobioloqları karakatikaların bir-biri ilə mürəkkəb tentakul hərəkətləri vasitəsilə ünsiyyət qurduğunu müəyyən ediblər.

32gun.az bildirir ki, tədqiqat bioRxiv portalında dərc edilib.

Laboratoriya şəraitində aparılan araşdırmalar zamanı alimlər karakatikaların dörd əsas hərəkət nümunəsindən istifadə etdiyini aşkar ediblər: şaquli yellənmələr, üfüqi hərəkətlər, fırlanma jestləri və bu hərəkətlərin kompleks kombinasiyaları.

Xüsusilə diqqətçəkən məqam ondan ibarət olub ki, karatikalar hətta digər canlıların görüntüsünü videoda izləyərək bu jestləri tanıyıb reaksiya veriblər. Əksinə, görüntü tərsinə çevriləndə isə heç bir reaksiya göstərməyiblər.

Alimlər bildiriblər ki, karakatikalar yalnız vizual siqnallarla kifayətlənmir, eyni zamanda tentakul hərəkətləri ilə yaradılan hidrodinamik dalğalardan da istifadə edirlər. Hidrofon cihazı ilə aparılan testlər göstərib ki, bu canlılar düzgün və qarışıq vibrasiya ardıcıllıqlarını ayırd edə bilirlər.

Tədqiqatçılar bunun onurğasız heyvanların kommunikasiya bacarıqları ilə bağlı təsəvvürləri kökündən dəyişdirdiyini qeyd ediblər. Növbəti mərhələdə alimlər süni intellektdən istifadə edərək bu jest və vibrasiyaların konkret mənalarını araşdırmağı planlaşdırırlar.

Nilay 

Oxşar Xəbərlər