Sankt-Peterburqda sərxoş vəziyyətdə olan bir kişi küçədə əli silahlı halda təcili yardım işçilərinə hücum edib.
32gun.az bildiri ki, bu barədə "Konkretnо.ru" Telegram kanalı məlumat yayıb.
Hadisə Liteynı prospektində yerləşən 57 nömrəli evin yaxınlığında baş verib. 25 yaşlı kişi alkoqolun təsiri altında təcili yardım briqadasına qarşı aqressiv davranış sərgiləyib.
Həkimlər onun üzərində tapança olduğunu görüb dərhal polisə xəbər veriblər.
Hadisə yerinə gələn polis patrulu həmin şəxsi saxlayıb və ondan travmatik silah götürüb. Lunacharski prospektində yaşayan bu şəxs xüsusi qəbul məntəqəsinə aparılıb. Onun barəsində xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib edilib.
Qeyd edək ki, bu hadisədən əvvəl də Stavropolda naməlum bir şəxs təcili yardım işçisinə hücum etmişdi. Həmin hadisənin detalları araşdırılır.
Ayxan