Leninqrad vilayətinin Svetoqorsk şəhərində 11 yaşlı qız uşaq meydançasında başından xəsarət alıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə 3 may tarixində Qızıl Ordu küçəsində baş verib. Qız burun hissəsi ilə yelləncəyə çırpılıb, nəticədə burun nahiyəsindən travma alıb və baş ağrısı başlayıb. Anası dərhal onu Vıborq Mərkəzi Rayon Xəstəxanasına aparıb.
Həkim müayinəsindən sonra qıza beyin silkələnməsi diaqnozu qoyulub, amma kəllədaxili zədələnmə aşkarlanmayıb. Tibbi rəyə əsasən, uşaq ambulator müalicə alacaq.
Ayxan