Hindistanın Miraç şəhərində 24 yaşlı Sara Satxe doğumdan üç gün sonra bir qadının körpəsini oğurlayıb.
32gun.az bildirir ki, Times of India nəşri məlumat verib.
Məlumata görə, hadisə 3 may şənbə günü Dövlət Tibb Kolleci və Xəstəxanasında (GMCH) baş verib.
Satxe əvvəlcə körpənin anası və onun qohumları ilə dostlaşaraq etimadlarını qazanıb. Daha sonra uşağı peyvənd üçün apardığını bildirərək onu özü ilə götürüb. Yenidoğulmuş oğlan uşağını doğulduğu gündən cəmi üç gün sonra öz kəndinə aparan qadın, 5 may tarixində müşahidə kameraları vasitəsilə tapılaraq saxlanılıb.
Körpəyə heç bir zərər dəyməyib və o, artıq ailəsinə təhvil verilib. Hadisədən sonra xəstəxananın doğum şöbəsində təhlükəsizlik tədbirləri gücləndirilib. Satxenin motivləri hələ də məlum deyil.
Ayxan