DÜNYA ÖZ XƏBƏR

50 yaşlı musiqi müəllimi yeniyetməni küçədə döyüb

Samarada 50 yaşlı gitara müəllimi Leonid 13 yaşlı yeniyetmə velosipedçini döydüyü üçün saxlanılıb.

32gun.az bildirir ki, bu barədə Shot Telegram kanalı məlumat verib.

Məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə (xuliqanlıq) iş açılıb və 5 ilədək azadlıqdan məhrum edilə bilər.

Hadisə 4 may tarixində şəhər sahilində baş verib. Şahidlər tərəfindən çəkilmiş görüntülərdə kişini velosiped üstündə oturan uşağa yaxınlaşıb dəfələrlə başına yumruqla vurduğu görünür. Hücum edən o qədər aqressiv olub ki, ətrafdakılar onu güclə ayıra biliblər. Hətta uşağı müdafiə etməyə çalışanlar da zərbələr alıb. Zərərçəkmiş yeniyetməyə hadisədən sonra təcili yardım çağırılıb.

Daha sonra Leonid sosial şəbəkədə video paylaşaraq baş verənlərə izah verib. Hazırda hüquq-mühafizə orqanları onun barəsində həbs-qətimkan tədbiri seçməyə hazırlaşır.

Ayxan 

Oxşar Xəbərlər