Avropalı investorlar kəşfiyyat dron istehsalçılarına 2 milyard avrodan çox sərmayə yatırıb
Avropalı investorlar Almaniyanın Quantum Systems və Portuqaliyanın Tekever şirkətlərinə milyonlarla avro sərmayə yatıraraq, hərbi və mülki məqsədli istifadə oluna bilən kəşfiyyat dronlarına maraq göstərirlər.
32gun.az Financial Times-a istinadən xəbər verir ki, hər iki şirkətə yatırılan ümumi məbləğ 2 milyard avrodan artıqdır.
Tekeverin rəhbəri Rikardu Mendesh bildirib ki, son illər tələbat o qədər artıb ki, şirkət hər il istehsal gücünü iki dəfədən çox artırır. Bu il 200-dən çox sistem istehsal etmək planlaşdırılır. Şirkətin AR3 və AR5 tipli dronları hazırda Ukraynada istifadə olunur.
Digər tərəfdən, Quantum Systems Londondakı Balderton Capital fondundan 160 milyon avro investisiya cəlb edib. Bu, fondun müdafiə texnologiyaları sahəsində ilk sərmayəsidir. Həmçinin Airbus Defence and Space, Hensoldt və amerikalı investor Piter Til də şirkətə dəstək verib.
Ayxan